Millimiz UEFA İnkişaf turnirində sonuncu oyununu keçirib
UEFA İnkişaf turnirində iştirak edən futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması sonuncu oyununu keçirib.

Azsport.az AFFA-nın saytına istinadla xəbər verir ki, komandamız Maltadan olan həmyaşıdları ilə qarşılaşıb.

Maltanın Ta’Qali şəhərindəki Centenary stadionunda keçirilən oyun rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Futbolçularımız ilk oyunda Cəbəllütariq yığmasına 2:0 hesabı ilə qalib gəliblər. Şotlandiya yığması ilə qarşılaşan millimiz böyük hesabla məğlub olub – 0:7.

Xəbər 706 dəfə oxundu.