Yekaterinburqda keçiriləcək “Böyük dəbilqə” turnirində ölkəmizi 6 cüdoçu təmsil edəcək
Martın 13-15-də Rusiyanın Yekaterinburq şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri keçiriləcək.

Kişilər arasında təşkil olunacaq yarışda Azərbaycanın 6 cüdoçusunun iştirakı planlaşdırılıb.

“Böyük dəbilqə” turnirində indiyədək 95 ölkədən 600-ə yaxın cüdoçu iştirakını təsdiqləyib.

Xəbər 913 dəfə oxundu.