Futzal üzrə Yüksək Liqada XVII turun oyunlarına hakim təyinatları açıqlanıb
Futzal üzrə Yüksək Liqada XVII turun oyunlarına hakim təyinatları açıqlanıb.

Turun oyunları fevralın 27-də keçiriləcək.
Tura “Neftçi”-“Xızı” oyunu ilə start veriləcək. Saat 12:00-da başlayacaq görüşün baş hakimi Ramil Namazov olacaq.

Saat 14:00-da start götürəcək “Marafon”-“Premier” qarşılaşması Ramiz Məhərrəmova tapşırılıb.

“Baku Fire”-“Yasamal” oyununda Rahin Heybətov ədaləti qoruyacaq. Görüş saat 16:00-da başlayacaq.

EKOL və “Araz” arasında keçiriləcək oyuna Anar Fərəcov təyinat alıb. Qarşılaşmanın start fiti saat 18:00-da səsləndiriləcək.
Tura “Record”-“Bakı” matçı ilə yekun vurulacaq. Saat 20:00-da start götürəcək oyunun baş hakimi Kənan Məlikov olacaq.
Turun oyunları “Olimpik Star”da təşkil olunacaq.

Qeyd edək ki, on dörd turdan sonra hesabında 45 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. EKOL komandası 39 xalla ikinci, “Marafon” isə 36 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 684 dəfə oxundu.