5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şahmat turniri keçirilib
5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş şahmat üzrə turnir keçirilib.
Samuxda təşkil edilən yarışda 54 şahmatçı iştirak edib.

Turnirdə ən yüksək nəticəni Sübhan Tağızadə göstərib. Doqquz turdan 8,5 xal toplayan şahmatçı turnirin qalibi olub. İkinci yeri 7,5 xalla Xudu Əlizadə tutub. İlk üçlüyü 7 xalla Adil Abdullayev qapayıb.

İsveçrə sistemi üzrə keçirilən və 9 turdan ibarət olan turnirin baş hakimi Maral Orucova olub.

Xəbər 773 dəfə oxundu.