“Azərreyl” komandası “Murov”u, “Mübariz” isə UNEC-i məğlub edib
Fevralın 25-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında iki oyun keçirilib.

Azərbaycan Voleybol Mərkəzində əvvəlcə “Murov” və “Azərreyl” komandaları üz-üzə gəliblər. Görüş “Azərreyl”in 3:1 hesablı qələbəsi ilə bitib.

Günə “Mübariz”-UNEC matçı ilə yekun vurulub. Bu dəfə “Mübariz” fərqlənib – 3:0.

Aktivindəki xalların sayını 18-ə çatdıran “Azərreyl” turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron” isə 15 xalla ikincidir.

Xəbər 808 dəfə oxundu.