Azərbaycan voleybolçusu Rusiya Super Liqasının pley-off mərhələsində mübarizə aparacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Səmədova Rusiya Super Liqasının pley-off mərhələsində mübarizə aparacaq.

Voleybolçumuzun çıxış etdiyi “Leninqradka” komandası sonuncu turda “Uraloçka”ya 0:3 hesabı ilə məğlub olmasına baxmayaraq, növbəti mərhələyə adlamağı bacarıb.

Növbəti mərhələdə Y.Səmədovanın komandası Kazanın “Dinamo” klubu ilə qarşılaşacaq.


Xəbər 847 dəfə oxundu.