Şahmat üzrə Bakı şəhər birinciliyinə yekun vurulub
Respublika Şahmat Mərkəzində 2012-ci il təvəllüdlü və daha kiçik yaşlı (8 yaşadək) oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə Bakı şəhər birinciliyi başa çatıb.
Yarışda 66 idmançı (21 qız) iştirak edib.

Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib. Bakı şəhər birinciliyində həm oğlanların, həm də qızların yarışlarında qalib gələn şahmatçılar iyunda keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar. İlk üçlükdə qərarlaşan şahmatçılar, həmçinin BŞGİBİ-nin diplom və medalları ilə təltif olunublar.

Oğlanların yarışında Əbülfəz Vahabzadə (6 xal) ikinci dərəcə normasını yerinə yetirib.

Xəbər 1009 dəfə oxundu.