«Beşikdaş» Van Hoydonka verilir
Baş məşqçi axtarışlarını davam etdirən «Beşikdaş»da son olaraq gündəmə sürpriz bir ad gəlib. İdman.com.az saytı məlumat verir ki, klub rəsmiləri bir vaxtlar «Fənərbağça»nın şərəfini qorumuş niderlandlı Pyer Van Hooydonkla təmasa keçib. Həm əsas yığmada baş məşqçi Quus Hiddinkin, həm də A2 yığmasında Fuad Çapanın köməkçisi olmuş niderlandlı ilə ilk görüşmələr müsbət keçdi. Klub rəhbəri Fikrət Ormanın Van Hooydonkun adını qısa müddət içində ictimaiyyət ilə paylaşması və niderlandlı mütəxəssislə müqavilə imzalanması gözlənilir.

Əgər Van Hooydonk «ağ-qaralar»ın sükanına keçərsə, bu, onun karyerasında baş məşqçi kimi il kişi olacaq.
Digəo tərəfdən, «Beşiktaş»ın uzun müddətdir danışıqlar apardığı və hər mövzuda razılaşma əldə etdiyi məşqçi Rza Çalımbaya klubu «Sivasspor»dan icazə verilmədi. Həmin klubun prezidenti Məcnun Odyağmaz müqaviləsi bitməyən təcrübəli mütəxəssisin «Qara qartallar»a keçməsini əngəlləyib.


Xəbər 1148 dəfə oxundu.