Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar
Beynəlxalq dərəcəli həndbol hakimləri Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar.

Təmsilçilərimiz kişi həndbolçuların EHF kuboku turnirində görüş idarə edəcəklər. Söhbət Polşanın “KPR Qvardiya Opole” və Portuqaliyanın “SL Benfika” komandaları arasında keçiriləcək matçdan gedir.

Fevralın 29-da Polşanın Opole şəhərində keçiriləcək oyunun EHF nümayəndəsi litvalı Tadas Jansonas olacaq.


Xəbər 950 dəfə oxundu.