Sumqayıtda voleybol və üzgüçülük yarışlarının qalibləri mükafatlandırılıb
Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş voleybol və üzgüçülük yarışları keçirilib.

Yarışların keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyev tərəfindən təsis olunmuş 5 mart - Bədən Tərbiyəsi və İdman Günü barədə gənclərin məlumatlılığını artırmaq, sağlam həyat tərzini və idmanı məktəblilər arasında təbliğ etməkdir.

Voleybol yarışında “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası bütün rəqiblərinə qalib gələrək birinci yeri tutub. Şəhər 25 və 21 nömrəli tam orta məktəblərin komandaları isə ilk üçlükdə qərarlaşıblar.

Üzgüçülük yarışı isə şəxsi kateqoriyada keçirilib.

Hər iki yarışın qalibləri Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərman, medal, kubok və hədiyyələri ilə təltif olunublar.

Xəbər 952 dəfə oxundu.