Stend atıcılarımız Qətərdə açıq çempionatda bürünc medal qazanıblar
Stend atıcılarımız Emin Cəfərov və Nurlana Cəfərova Qətərin paytaxtı Dohada keçirilən açıq çempionatda uğurla çıxış ediblər.

Stend atıcılığının skit növündə qarışıq cütlüklərin yarışında idmançılarımız yekunda bürünc medal qazanıblar.

Fərdi yarışlarda Emin Cəfərov yeddinci, Nurlanə Cəfərova isə on beşinci olublar.


Xəbər 923 dəfə oxundu.