"Bankçılar"da seleksiyaçı-məşqçi
"İnter" klubunda yeni təyinat gerçəkləşib. İdman.com.az saytının məlumatına görə, gürcüstanlı mütəxəssis Aleksandr Rexviaşvili seleksiyaçı-məşqçi vəzifəsinə təyin olunub. O, həmyerlisi olan baş məşqçi Kaxaber Sxadadzeyə seleksiya işlərində kömək edəcək.

2006-cı ildə futbolçu karyerasını başa çatdıran Rexviaşvili daha sonra FİFA agenti kimi fəaliyyət göstərib. bundan sonra isə o, Latviyanın "Olimps" klubunda çalışıb.

Qeyd edək ki, Rexviaşvili 2005/06 mövsümündə ölkəmizdə futbolçu kimi də fəaliyyət göstərib. O, “Bakı” klubunda 8 oyun keçirib, komandanın çempionluğunda pay sahibi olub.

Xəbər 1086 dəfə oxundu.