Yeniyetmələr arasında sumo üzrə Bakı çempionatına yekun vurulub
Abşeron Olimpiya İdman Kompleksində 2004-2006-cı il təvəllüdlü idmançılar arasında sumo üzrə Bakı çempionatı keçirilib.

Paytaxt birinciliyində 5 komandadan 50-ə yaxın idmançı iştirak edib.

Yarışda Azad Cəfərov (50 kq), İlkin Məmmədov (55 kq), Əli Ağayev (60 kq), Nihad Rüstəmov (65 kq), Sənan Rüstəmov (75 kq) və Yunus Rəhimli (75 kiloqramdan yuxarı) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, yarışın qalibləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.


Xəbər 784 dəfə oxundu.