Şahmatçılarımız “Aeroflot open” beynəlxalq festivalının liderlər qrupunda mübarizəni davam etdirirlər
Fevralın 23-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının beşinci turunun oyunları keçirilib.

Beş turda 4,5 xal toplayan şahmatçımız Rauf Məmmədov (A turniri) turnir cədvəlinin şəksiz lideridir. Digər təmsilçimiz Məhəmməd Muradlı (B turniri) isə 4,5 xalla 1-2-ci yerləri bölüşür.

Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Aydın Süleymanlı, Vasif Durarbəyli və Vüqar Əsədli hərəyə 3 xal, Abdulla Qədimbəyli 2 xal qazanıblar. B turnirində isə Elvin Bayramov 2 xal, Read Səmədov 1,5 xal toplayıblar.

Xəbər 833 dəfə oxundu.