A.A.Banişevskinin xatirəsinə həsr edilmiş ənənəvi turnir başa çatıb
Fevralın 22-də veteran futbolçu A.A.Banişevskinin əziz xatirəsinə həsr edilmiş ənənəvi turnir başa çatıb.

Azsport.az saytı xəbər verir ki, “Dalğa Arena” stadionunda baş tutan oyunda “Mübarizlər”- “Stern” komandası qarşılaşıblar. Gərgin keçən idman yarışında “Mübarizlər” komandası 4:1 hesabı ilə rəqibindən üstün olub. Oyunu gənc hakim Kamran Əliyev idarə edib.

Final oyunu zamanı gənclər Banişevskinin məzarını ziyarət ediblər.

Yarışın mükafatlandırma mərasimində Bakı Kəndlər Futbol Federasiyasının prezidenti Vaqif Davudov və AFFA-nın kütləvi uşaq və gənclər departamentinin nümayəndəsi Cahangir Həsənzadə qalib gələn komandaları təbrik ediblər, onlara yeni uğurlar arzulayıblar.

Turnirdə ən yaşlı futbolçu 51 yaşlı Zaur Şıxbabayev, “Mübarizlər” komandasından 12 topla fərqlənmiş Alıyev Məhəmməd və ən gənc futbolçu 16 yaşlı Əli Yusifov və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova xüsusi mükafat təqdim olunub.


Xəbər 945 dəfə oxundu.