Cüdoçularımız “Böyük dəbilqə” turnirini dörd medalla başa vurublar
Almaniyada keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirini Azərbaycan cüdoçuları dörd medalla başa vurublar.

Düsseldorfda keçirilən bu nüfuzlu yarışda İrina Kindzerska (+78 kq) və Elmar Qasımov (100 kq) gümüş medal qazanıblar. Digər cüdoçularımız Rüstəm Orucov (73 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medala layiq görülüblər.

Xəbər 1002 dəfə oxundu.