Əkiz gimnast bacılar gümüş və bürünc medal qazanıblar
Bu günlərdə Budapeştdə keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə bir sıra kateqoriyalarda əkiz bacılar - Əsmər və Sofiya Seyidovalar çıxış ediblər.

Tamaşaçılara və münsiflər heyətinə orijinal nömrələr nümayiş etdirən gimnastlar müvafiq olaraq gümüş və bürünc medallara layiq görülüblər.

Bu, əkiz bacıların beynəlxalq turnirlərdə ilk çıxışıdır.

Xəbər 870 dəfə oxundu.