Paralimpiyaçı üzgüçülərimiz İtaliyada dünya seriyası yarışlarında iştirak edirlər
Bu gün İtaliyanın Lignano Sabbiadoro şəhərində paralimpiyaçı üzgüçülər arasında dünya seriyası yarışları başlayıb.

Yarışda ölkəmizi Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədovun rəhbərliyi altında 8 nəfərlik heyət təmsil edir.

"Tokio-2020" Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıran turnir martın 1-dək davam edəcək.


Xəbər 939 dəfə oxundu.