Ağır atletika üzrə ölkə çempionatı: 89 kiloqram çəki dərəcəsində yarışın qalibi Sənan Mirzəyev olub
Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatında 89 kiloqram çəki dərəcəsində qızıl medalın sahibi müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azsport.az bildiriblər ki, yarışda toplam 300 kiloqramı (140+160) ram edən Sənan Mirzəyev qızıl medala layiq görülüb. İkinci pilləni 292 kiloqram (131+161) nəticə ilə Elşad Şərifov, üçüncü pilləni isə 247 kiloqram (117+130) nəticə ilə Samir Əsgərzadə tutublar.

Xəbər 1388 dəfə oxundu.