Səbinə Mikina yenə fərqlənib
Azərbaycanın sablyaçı qızları Belçikanın Gent şəhərində keçirilmiş dünya kubokunda çıxış ediblər. İdman.com.az saytının məlumatına görə, bizim qılıncoynadan arasında London olimpiadasının iştirakçısı Səbinə Mikina daha yaxşı nəticə göstərib.

O, 1/32 finalda italiyalı rəqibi Lukretsiya Siniqaliyaya 15:14 hesabı ilə qalib gəlib. Növbəti görüşdə britaniyalı Coanna Hatçinson ondan güclü olub – 15:13.

Aida Ələsgərova və Sevil Bünyatova 1/32 finalda mübarizəni dayandırıblar; Sevinc Bünyatova seçmə mərhələni adlaya bilməyib.

Xəbər 1847 dəfə oxundu.