Azərbaycan badmintonçusu beynəlxalq turnirin dörddəbir final mərhələsinə yüksəlib
Fevralın 22-də Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Uqandada keçirilən “Uganda International 2020” turnirində dörddəbir finala vəsiqə qazanıb.

Badmintonçumuz mübarizəyə onaltıdabir final mərhələsindən başlayıb. Dviçayo ilk görüşündə portuqaliyalı badmintonçu Bernardo Atilanonu 2:0 hesabı ilə üstələyib. Səkkizdəbir finalda çexiyalı Milan Ludiki məğlub edən təmsilçimiz dörddəbir final mərhələsində hindistanlı Çıraq Senlə üz-üzə gələcək.
Qeyd edək ki, turnirdə 83 kişi və 60 qadın badmintonçu iştirak edir. Turnirin mükafat fondu 10 min dollardır. Yarış fevralın 23-dək davam edəcək.


Xəbər 930 dəfə oxundu.