Həmyerlimiz İsveçdə ən yaxşı taekvondo hakimi adına layiq görülüb
İsveçin Helsinqborq şəhərində təşkil olunan taekvondo üzrə beşinci “Prezident Kuboku” beynəlxalq yarışı başa çatıb.

Fevralın 18-da start verilən yarışlarda ölkəmizi layiqincə təmsil edən, idarə etdiyi döyüşlərdə ədalətli qərarlarına görə Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev yarışın “Ən yaxşı hakimi” adına layiq görülüb.

Azərbaycan taekvondoçuları həmin turnirdə bir qızıl və üç bürünc medal qazanıblar.

“Prezident Kuboku” yarışının ardınca bu gün “Helsinqborq Open” beynəlxalq turnirinə start veriləcək.

Milli komandanın üzvləri bu yarışa da qatılaraq qüvvələrini sınayacaqlar.


Xəbər 1035 dəfə oxundu.