Ağır atletika üzrə Azərbaycan çempionatı: Kənan Xəlilov bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb
Şüvəlandakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında keçirilən Azərbaycan çempionatı davam edir.
Azərbaycan Ağır Atletika Federasiyasından (AAAF) Azsport.az saytına bildiriblər ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayır.

Çempionatda 61 kiloqramadək çəki dərəcəsində kişilərin yarışında toplam 268 kiloqram (123+145) nəticə ilə Kənan Xəlilov qızıl medala layiq görülüb. İkinci pilləni toplam 262 kiloqram (120+142) nəticə ilə Elşad Şərifov, üçüncü pilləni isə toplam 255 kiloqram (110+145) nəticə ilə Samir Əskərzadə tutublar.
Çempionatın təşkilində məqsəd idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli komandaların tərkibinin müəyyənləşdirilməsi və qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

Xəbər 1033 dəfə oxundu.