Almaniyada keçirilən “Böyük dəbilqə” turnirində daha dörd cüdoçumuz mübarizəyə qoşulub
Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə “Böyük dəbilqə” turniri davam edir

Yarışın ikinci günündə - fevralın 22-də kişilər arasında Rüstəm Orucov, Telman Vəliyev (hər ikisi 73 kq), Hidayət Heydərov və Murad Fətiyev (hər ikisi 81 kq) mübarizə aparırlar.
Turnirin birinci yarış gününü komandamız medalsız başa vurub. Cüdoçularımızdan ən yaxşı nəticəni Orxan Səfərov (66 kq) göstərib (7-ci yer).

Fevralın 23-dək davam edəcək yarışda 116 ölkədən 700-ə yaxın cüdoçu mübarizə aparır.


Xəbər 877 dəfə oxundu.