Qızlardan ibarət futbol üzrə Azərbaycan yığması UEFA İnkişaf turnirinə qələbə ilə başlayıb | |
On yeddi yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində ilk oyununu keçirib. Maltanın Ta Qali şəhərindəki “Centenary” stadionunda Cəbəllütariq yığması ilə qarşılaşan millimiz 2:0 hesablı qələbə qazanıb. Qolları Edanur Mutlu və Büşra Yabançı vurub. Turnir çərçivəsində U-17 millimiz növbəti oyununu fevralın 23-də, Bakı vaxtı ilə saat 13:30-da Şotlandiya yığmasına qarşı keçirəcək. |
|
Xəbər 673 dəfə oxundu. |
|
|