Ukrayna yığmasında kütləvi zəhərlənmə
Türkiyə yığması ilə Almaniyadakı oyun öncəsi Ukrayna yığmasının 10 futbolçusu özünü pis hiss edib. İdman.com.az saytının məlumatına görə, baş məşqçi Oleq Bloxin kütləvi zəhərlənmənin təxribat olduğunu güman edir: «Komandada 10 nəfər oyun öncəsi zəhərlənib. Bu səbəbdən heyət cəhətdən problemlərimiz oldu və onu matçqabağı dəyişməli olduq. Ancaq hər zərərin bir xeyirli tərəfi də olur. Bu gün biz digər oyunçularımızı işdə sınaya bildik. Zəhərlənmənin dəqiq səbəblərini söyləyə bilmərəm. Bu, Almaniyada baş verib. Bəlkə də təxribatdı. Hər şey ola bilər. Lakin zəhərlənənlər müxtəlif qidalar qəbul ediblər. Mənim təcrübəmdə bu, ilk belə haldı. Bir-iki nəfər ola bilər. Ancaq birdən birə 10 nəfər. Zəhərlənənlər kimlərdi? Timoşşuk, Voronin, Mixalik, Qarmaş, Butko, Selin, elə mən özüm də».

Problem Avrstiya Valzeesindən Almaniya İnqolştadtına köç zamanı baş qaldırıb. Zərərçəkənlər sırasında texniki heyətin nümayəndələri də var. Ən ağır hal Qarmaşda ə Mixalikdə olub. Nəticədə Timoşşukla Mixalik ümumiyyətlə heyətə düşmədilər, Voronin v Selin isə sadəcə ehtiyat skamyada oturdular. Qarmaş isə oynamaq istəyində inad göstərərək start heyətində ilk yarını keçirdi. Boqdan Butko 64 dəqiqə dözdü, Şevçenko isə ikinci yarıda oynadı. Oyunun ilk yarısından sonra Milevski və Konoplyankadan da şikayətlər gəldi.

Oyundan sonra futbolçuları dəstəkləməyə gələn Ukrayna Futbol Federasiyasının rəhbəri Qriqorii Surkis onları qitə yarışında mükafat fondunu açıqlamaqla ruhlandırmağı cəhd etdi. Belə ki, qrup mərhələsində komanda hər qələbəyə görə 500 min, heç-heçəyə görə isə 250 min avro alacaq. Qrup mərhələsini aşmağın mükafatı 2 milyondur, yarımfinala çıxış da bir o qədər gəlir gətirəcək. Finala çıxış 3 milyon, qələbə isə 4 milyon avro dəyərindədir.

Qeyd edək ki, Ukrayna millisi Almaniyada təlim-məşq toplanışı çərçivəsində keçirilmiş yoldaşlıq görüşündə turkiyəlilərə 0:2 hesabı ilə məğlub olmuşdu.

Xəbər 964 dəfə oxundu.