Azərbaycan Super Liqasında ilk qələbəsini qazanıb
Fevralın 20-də qadın voleybolçular arasında Azərbaycan Super Liqasında növbəti oyun keçirilib.

Günün yeganə qarşılaşmasında UNEC Gürcüstan komandası ilə üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Gürcüstan komandası 3:2 hesabı ilə qalib gəlib. UNEC məğlub olmasına baxmayaraq, aktivinə 1 xal yazdıra bilib.

Qeyd edək ki, “Azərreyl” turnir cədvəlində vahid lideridir. On beş xala malik komanda ən yaxın izləyicisi “Abşeron”u 3 xal qabaqlayır.


Xəbər 841 dəfə oxundu.