Azərbaycan şahmatçısı Misrəddin İsgəndərov “Caspian Cup” festivalının qalibi olub | |
İranın Rəşt şəhərində keçirilən və Azərbaycan şahmatçılarının da qatıldıqları 18-ci “Caspian Cup” festivalı fevralın 19-da başa çatıb. Festivalın A (masters) turnirində mübarizə aparan şahmatçılarımızdan Misrəddin İsgəndərov parlaq nəticə göstərərək turnirin qalibi olub. Şahmatçımız 9 turdan 8 xal toplayıb. İkinci yerdə 7,5 xalla İran təmsilçisi Araş Tahbaz qərarlaşıb. Üçüncü yeri isə 7 xalla Ermənistan şahmatçısı Gevorq Harutyunyan tutub. Digər şahmatçılarımızdan Vüqar Rəsulov və Azər Mirzəyev də turniri 7 xalla başa vurublar. Onlar əlavə göstəricilərə görə, altıncı və yeddinci yerlərdə qərarlaşıblar. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilib. |
|
Xəbər 754 dəfə oxundu. |
|
|