“Baker Tilly” Azərbaycan kuboku yarışlarının 1/8 final mərhələsinə vəsiqə qazanıb
“Baker Tilly” futzal komandası Azərbaycan kuboku yarışlarının 1/8 final mərhələsinə vəsiqə qazanıb.

AFFA-nın İntizam Komitəsinin qərarına əsasən Azərbaycan kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində “Baker Tilly”–“Xızı” oyunu zamanı təyin olunan vaxtda meydana çıxmayan “Xızı”ya 0:5 hesablı texniki məğlubiyyət verilib. İlk oyunda da bu hesabla qalib gələn “Baker Tilly” mübarizəni davam etdirən tərəf olub.

İkinci Liqa təmsilçisi növbəti mərhələdə “Araz”la üz-üzə gələcək.

Qeyd edək ki, ölkə kubokunun 1/8 final mərhələsinin ilk oyunları martın 11-12-də, cavab qarşılaşmaları martın 18-19-da keçiriləcək.


Xəbər 626 dəfə oxundu.