Paracüdoçularımız Böyük Britaniya Qran-Prisinə Gürcüstanda hazırlaşırlar
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) kişilərdən ibarət cüdo üzrə milli komandası Gürcüstanın Qori şəhərində təlim-məşq toplanışında iştirak edir.

Baş məşqçi İbrahim İbrahimovun rəhbərliyi altında keçən hazırlıq martın 3-dək davam edəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 8–13-də Böyük Britaniyanın Nottinqem şəhərində keçiriləcək Qran-Priyə hazırlıq məqsədi daşıyır.


Xəbər 840 dəfə oxundu.