Üzgüçülük üzrə “Qızıl balıq” Bakı birinciliyi keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Abşeron Olimpiya İdman Kompleksində üzgüçülük üzrə “Qızıl balıq” paytaxt birinciliyi keçirilib.

Birincilikdə 92 idmançı iştirak edib.

Müxtəlif kateqoriyalar üzrə keçirilən yarışda 4×50 metr qarışıq və sərbəst üsulla üzgüçülükdə “Şüa” idman klubu birinci olub.
Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Xəbər 928 dəfə oxundu.