Vinq çun üzrə ikinci açıq Bakı çempionatında 200-dək idmançı iştirak edəcək
Martın 7-8-də Bakı Biznes Universitetinin idman zalında vinq çun üzrə ikinci açıq paytaxt çempionatı keçiriləcək. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Vinq Çun Döyüş Sənəti Federasiyasının birgə təşkil edəcəyi çempionatda uşaq, yeniyetmələr, gənclər və kişilər qüvvələrini sınayacaqlar.

Yarış Dünya Vinq Çun Birliyinin qaydalarına əsasən iki kateqoriya – vinq çun-kontakt və vinq çun-taolu üzrə keçiriləcək.

Yarışda federasiyanın paytaxtda fəaliyyət göstərən 16 filial və klubunun üzvləri, eləcə də federasiya ilə əməkdaşlıq edən digər klublardan 200-dək idmançı mübarizə aparacaq.

İlk üç yeri tutacaq idmançılar mayın 1-2-də keçiriləcək respublika çempionatında iştirak edəcəklər.

Xəbər 743 dəfə oxundu.