Yeniyetmə cüdoçularımız Polşada açıq Avropa turnirində mübarizə aparacaqlar
Fevralın 29-dan martın 1-dək Polşanın paytaxtı Varşavada yeniyetmə cüdoçular arasında açıq Avropa turniri keçiriləcək.

Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 11, qızların yarışında isə 7 cüdoçu təmsil edəcək.

Yarışa 42 ölkədən 445 cüdoçu qatılacaq.

Xəbər 866 dəfə oxundu.