Qol güləşi üzrə Bakı birinciliyi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yeniyetmə və gənclər arasında qol güləşi üzrə paytaxt birinciliyi keçirilib.

Birincilikdə İbrahim Cəlilov (45 kq), Vəli Cəlilov (50 kq), Sərdar Sadıqov (60 kq), Teymur Ağayev (70 kq), Rüfət Devricov (75 kq), Mirəli Fəttahov (80 kq), Mehman Əlicanov (85 kq) və Nadir Hüseynov (90 kq) qızıl medal qazanıblar.

Qalib idmançılara BŞGİBİ tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim edilib.

Xəbər 861 dəfə oxundu.