İdman rəqsləri üzrə Bakı birinciliyinin qalibləri bəlli olub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 12 nömrəli tam orta məktəbdə idman rəqsləri üzrə paytaxt birinciliyi keçirilib.

Birincilikdə 6 klubdan 60-a yaxın idmançı 6 yaş qrupunda müxtəlif proqramlar üzrə mübarizə aparıb.

Yarışda uşaqlar arasında Supan Babayev və Sara Abbasova, Əliyusif Hüseynzadə və Sevinc Nəbili birinci olublar. 2009-2010-cu il təvəllüdlü idmançılar arasında solo rəqsdə Ləman İsayeva, böyüklərin mübarizəsində Ülviyyə Əhmədova qızıl medal qazanıblar.

Yeniyetmələr arasında Murad Musayev və Ameliya Muradova, Zaur Hüseynov və Ester Nağıyeva, gənclərin mübarizəsində Qaflan Abbasov və Anastasiya Kşnyakina, böyüklərdə isə Nigar Ağazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırlıblar.

Xəbər 717 dəfə oxundu.