Azərbaycan şahmatçısı Praqa festivalında yarışın lideri ilə qarşılaşır
Fevralın 19-da Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat festivalında yeddinci turun oyunlarına start verilib.

Festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda turnir cədvəlinin lideri islandiyalı şahmatçı Hannes Stefansson ilə qarşılaşır.

Qeyd edək ki, N.Abasov 3,5 xalla turnir cədvəlində üçüncü yerdədir.

Xəbər 759 dəfə oxundu.