Voleybol üzrə Gürcüstan yığması Azərbaycan Super Liqasının 2019-2020-ci il mövsümündə birinci oyununu keçirib
Fevralın 18-də qadın voleybolçulardan ibarət Gürcüstan komandası Azərbaycan Super Liqasının 2019-2020-ci il mövsümündə ilk oyununu keçirib.

Qonşu ölkənin voleybolçuları birinci oyunda “Mübariz” komandası ilə üz-üzə gəliblər. Görüşdə “Mübariz” komandası 3:0 hesabı ilə qələbə qazanıb.

Adnan Kistakın rəhbərlik etdiyi kollektiv birinci setdə rəqibini 25:18 hesabı ilə məğlub edib. İkinci hissəni 25:17 hesabı ilə öz xeyrinə başa vuran “Mübariz” üçüncü setdə 25:16 hesabı ilə qalib gəlib.

Bu, “Mübariz”in dörd qarşılaşmada ikinci qələbəsi olub. Komanda 6 xalla turnir cədvəlində üçüncü pillədə qərarlaşıb.

Xəbər 806 dəfə oxundu.