«Trabzonspor» polşalıları göndərir
Polşalı oyunçularından istədiyi səmərəni heç cür götürə bilməyən «Trabzonspor» onlardan qurulan ordunu dağıdır. İdman.com.az saytının məlumatına görə, Arkadiuş Qlovaçki ilə müqaviləni yeniləməyən klub Pavel və Pyotr Brojek qardaşlarının da satış siyahısına qoyulmasıyla heyətdə tək polşalı Adrian Mierjeyevskini saxlayıb.

Polşadan Krakov «Visla»sından 2010-2011-ci illər mövsümünün əvvəlində cəlb edilən və 2 ildə 31 dəfə formanı geyinən 33 yaşlı müdafiəçi Qlovaçki zədəsi səbəbindən «Trabzonspor»a lazımı faydanı verə bilməyərək köhnə klubuna döndü.

Eyni mövsümün ortasında «Trabzonspor»a gəlmiş sol qanad oyunçusu Pyotr Brojek isə gəldiyi mövsümdə 7 oyun keçirib, Qlovaçki kimi zədə problemi yaşadı. Ötən mövsüm son turlarda zədəsini sağaltmasına baxmayaraq, forma geyinmək imkanı əldə edə bilmədi.

Pyotr Brojekin əkiz qardaşı olan hücumçu Pavel Brojek də «Trabzonspor»un istədiyi qolçu ola bilmədi. 2010-2011-ci illər mövsümündə 12 liqa matçında 2 qol vuran Pavel Brojek, keçən mövsüm fasiləyə qədər 7 oyunda 1 dəfə fərqlənə bildi. İkinci dövrəni o, Şotlandiyanın «Seltik»ində icarədə keçirtdi. «Trabzonspor»la müqavilələri gələn il mayın 31-də bitəcək qardaşlarla bağlı gələcək təkliflər dəyərləndiriləcək.

5 milyon 250 min avro müqabilində «Polonya»dan gətirilən Adrian Mierjeyevski indi trabzonluların tək polyakı olacaq. Baxmayraq ki,
mövsümü o, qolsuz tamamlayıb, oyunu da tez-tez tənqid olunurdu.

Xəbər 1291 dəfə oxundu.