Ağcabədi rayonunda taekvondo üzrə rayon turniri keçirilib
Ağcabədi Olimpiya İdman Kompleksində Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan taekvondo idman növü üzrə uşaq və yeniyetmələr arasında rayon turniri başa çatıb.

Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Aran” taekvondo klubunun birgə təşkilatçılığı ilə keçirilən yarışda Ağcabədi, Ağdam, Zərdab, Göyçay və Yevlax rayonlarından 116 idmançı iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda qaliblər rayon gənclər və idman idarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Xəbər 880 dəfə oxundu.