Taekvondo üzrə açıq Ağcabədi turnirinin qalibləri müəyyənləşib
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və “Aran” taekvondo klubunun birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş uşaq və yeniyetmələr arasında açıq Ağcabədi turniri keçirilib.

Turnirdə Ağcabədi, Ağdam, Zərdab, Göyçay və Yevlaxdan 116 taekvondoçu iştirak edib.

Açıq rayon turniri gərgin idman mübarizəsi şəraitində keçib və idmançılar müxtəlif çəki dərəcələrində güclərini sınayıblar.

Yekunda ayrı-ayrı çəki dərəcələrində ilk üç yeri tutmuş idmançılara diplom və medallar təqdim olunub.

Xəbər 1121 dəfə oxundu.