Həndbolçularımız beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar
Fevralın 19-dan 25-dək Həştərxanda ikiqat Olimpiya çempionu V.A.Kudinovun xatirəsinə həndbol üzrə beynəlxalq turnir keçiriləcək.

2002–2003-cü il təvəllüdlü oğlanlardan ibarət yığma komandamız yarışa dəvət alıb.

Beynəlxalq turnirdə iştirakın əsas məqsədi yığma komandamızın Monteneqroda keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşmasıdır.

AZƏRTAC

Xəbər 307 dəfə oxundu.