Şahmatçımız Praqada beynəlxalq festivalda Rusiya təmsilçisi ilə mübarizə aparacaq
Fevralın 17-də Çexiyanın Praqada təşkil olunan şahmat festivalında altıncı turun oyunları keçiriləcək.

Festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasovun növbəti turda rəqibi rusiyalı şahmatçı Andrey Yesipenko olacaq.

Şahmatçımız ötən turda polşalı Mateuş Bartel ilə qarşılaşmada turnirdə ilk dəfə məğlub olub.

Hazırda N.Abasovun aktivində 2,5 xal var.

Xəbər 695 dəfə oxundu.