Savatçılarımız Tbilisidə beynəlxalq turnirdə 10 medal qazanıblar
Tbilisidə gənclər arasında savat (Fransa boksu) üzrə beynəlxalq turnir keçirilib.

Yarışda ölkəmizi təmsil edən Əziz Əzizli (46 kq), Elvin Qurbanov (48 kq), Ömər Rahimov (50 kq), Həsən Həsənzadə (53 kq), Tural Baloğlanov (60 kq), Ümid Rəhimov (63), Kamil Balaşov (70 kq) və Seymur Yusifov (70 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
ƏTRAFLI
hunergroup.az

Digər iki idmançımız Orxan Rzalı (46 kq) və Nəriman Vəliyev (63 kq) isə finalda uduzaraq gümüş medalla kifayətləniblər.

Turnirdə Gürcüstan, Azərbaycan, Qazaxıstan, İran və Ermənistan idmançıları iştirak ediblər.

Qeyd edək ki, yarışda milli komandamız Əməkdar məşqçi Taleh Nağızadənin rəhbərliyi altında mübarizə aparıb.

Xəbər 728 dəfə oxundu.