Azərbaycan atleti İstanbul kuboku turnirində bürünc medal qazanıb
Fevralın 16-də Azərbaycan atletləri Türkiyədə keçirilən İstanbul kuboku turnirində iştirak ediblər.

Yarışda üç təkanla tullanma yarışında iştirak edən atletimiz Yekaterina Sarıyeva 13,26 metr nəticə göstərərək bürünc medal qazanıb.

Qeyd edək ki, ötən gün İstanbulda keçirilən Balkan çempionatında atletimiz Y.Sarıyeva 13.50 metr nəticə ilə üçüncü olub. Həmin yarışda Nazim Babayev üç təkanla tullanma növündə 16,92 metr nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 925 dəfə oxundu.