Velosiped üzrə elit və 23 yaşadək oğlanlardan ibarət Azərbaycan yığması Türkiyədə beynəlxalq yarışda mübarizə aparıb
Şose velosipedi üzrə elit və 23 yaşadək oğlanlardan ibarət Azərbaycan yığma komandası beynəlxalq yarışlar mövsümünə start verib. Velosipedçilərimiz baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi ilə Türkiyədə keçirilən 1.2 kateqoriyalı Alanya Qran-Prisində mübarizə aparıblar.

Azsport.az Azərbaycan Velosiped İdmanı Federasiyasına istinadla xəbər verir ki, birgünlük yarışda Samir Cəbrayılov, Musa Mikayılzadə, Mahmud Məmmədov, Şahin Eyvazov, Nəcəf Bağırov və Əli Qurbanovdan ibarət heyətlə çıxış edən yığmamızın tərkibində ən yüksək nəticəni Musa Mikayılzadə göstərib. O, 148 kilometr məsafəyə yarışda qalibdən 1 dəqiqə 4 saniyə geri qalaraq 19-cu olub.

Xəbər 281 dəfə oxundu.