Yeniyetmə cüdoçularımız İspaniyada Avropa kubokunda mübarizəyə başlayıblar
Fevralın 15-də İspaniyanın Fuenxirola şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku turniri start götürüb.

Yarışda ölkəmiz böyük heyətlə - 24 cüdoçu ilə təmsil olunur. Yeniyetmə idmançılarımızdan yüngül çəki dərəcələrində İslam Rəhimov, Sahib Babayev (50 kq), Samir Piriyev, Əli Hacıyev, Qədir Hüseynov (55 kq), Əlihümbət Cəfərov, Aydın Rzayev, Məmmədrza Hacızadə, Nicat Şirinov (60 kq) güclərini sınayırlar. Vüsal Qələndarzadə 66, Nahid İsmayılov 73 kiloqram çəki dərəcələrində tatamiyə çıxacaqlar. Ağır çəki dərəcəsində cüdoçularımızdan Əlirza Şıxəlizadə, Vüqar Talıbov (81 kq), Hüseyn Dadaşov (90 kq), Məhəmməd Məmmədzadə (+90 kq) mübarizə aparırlar.

Qızların yarışında ölkəmizi Aydan Vəliyeva (40 kq), Nigar Şahməmmədova, Leyla Dəmirova (44 kq), Səbinə Əliyeva, Nəzrin Adnayeva (48 kq), Səbinə Qədirova, Zeynəb Məmmədova (52 kq), Fidan Əlizadə və Aytac Qardaşxanlı (57 kq) təmsil edirlər.
Avropa kuboku turnirinə fevralın 16-da yekun vurulacaq.

Xəbər 861 dəfə oxundu.