Qılıncoynadanlarımız İsveçrədə dünya kubokunun mərhələ yarışında iştirak edəcəklər
Fevralın 15-16-da Azərbaycan qılıncoynadanları İsveçrənin Bazel şəhərində keçiriləcək dünya kubokunun mərhələ yarışında mübarizə aparacaqlar.

Turnirdə ölkəmizi kişilərdən ibarət şpaqa üzrə milli komandamızın üzvləri Ruslan Həsənov, Xalid Əliyev, Fərrux Səfərov və Barat Quliyev təmsil edəcəklər.

Qeyd edək ki, dünya kuboku turnirində 34 ölkədən 181 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 901 dəfə oxundu.