Yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start verilib
Fevralın 14-də Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Azərbaycan birinciliyinə start verilib. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnirdə qızlar və oğlanlar iştirak edirlər.

Yarışda 10 komandadan 120 atlet birincilik uğrunda mübarizə aparır.

Çempionatda qaçışın 6 (60, 200, 400, 800, 1500, 4x200 metr) növü üzrə yarışlar keçirilir. Bundan başqa, atletlər tullanma və nüvəitələmə üzrə yarışlarda da qüvvələrini sınayırlar.

Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

Qeyd edək ki, yarışa fevralın 15-də yekun vurulacaq.

Xəbər 947 dəfə oxundu.