Təmsilçimiz Praqada şahmat festivalında yerli idmançı ilə mübarizə aparacaq
Fevralın 14-də Çexiyanın paytaxtı Praqada keçirilən şahmat festivalında üçüncü turun oyunları keçiriləcək.

Festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abasov növbəti turda çexiyalı Yan Krejçi ilə qarşılaşacaq.

Qeyd edək ki, şahmatçımız ötən turlarda heç-heçəyə imza atıb. İki turun nəticəsinə görə, o, turnir cədvəlində üçüncü pillədədir.

Xəbər 675 dəfə oxundu.