Ovcu millisindən razıdır
Türkiyə millisinin baş məşqçisi Abdullah Ovcu keçirdiyi hazırlıq matçları ilə əlaqədar olaraq, mətbuatla görüşüb. O, 9 gün davam edən Avstriya təlim-məşqlərində çox əhəmiyyətli addımlar atıldığını dilə gətirərək, «Futbol bir nəticə oyunudu. Oyun mənasında yaxşı olub, nəticəni də əldə edərək, özünə inam və irəliyə daha sağlam baxış mənasında əhəmiyyətli bir addım atdıq» - deyib.

Komandada bəzi çətinliklərə toxunan mütəxəssis, «5 matçda 4 qələbə gözəldi, amma çatışmazlıqlar da var. Bu tərəflərimizin üzərində çalışıb, avqustun 15-də son hazırlıq matçımızı oynayacağıq. Sentyabr ayında da rəsmi matçlara başlayacağıq» - söyləyib.

Baş məşqçi bir jurnalistin türk futbolundakı ağrıların milli komandaya əks olunmamasını necə qiymətləndirməsi barədə sualına belə cavab verib: «Futbolçular kənardan göründüyü kimi deyil. Milli komandadakı oyunçular bir-birlərini çox yaxşı tanıyan bir qrupdu. Gələrkən çox tez adaptasiya oldular. Hər matçı sanki rəsmi bir görüş kimi oynamaları, onların nə qədər məsuliyyətli olduqlarını göstərdi. Bu da bizi çox şad etdi».

İdman.com.az saytının məlumatına görə, Ovcu hazırkı Avropa çempionatında hansı komandanı favorit görməsi ilə bağlı sualın cavabında deyib: «İyunun 8-də başlayacaq Avropa çempionatındakı favorit komandalar İspaniya, Niderland, Almaniya və Portuqaliyadır. Çox maraqlı nəticələr və oyunlar çıxa bilər. Baxıb görərik».

Xəbər 1249 dəfə oxundu.